Bir çox istifadəçi telefonu doldurmağın alternativ yolu axtarışındadır. 

Lent.az xəbər verir ki, “zaryadka” kabelini USB portuna daxil etməklə mobil cihazlarınızı noutbuk vasitəsilə şarj edə bilərsiniz. 

Bir smartfonu noutbukdan nə vaxt doldurmaq olar?

Ancaq bu yolu hər dəfə seçməyiniz məsləhət deyil. Smartfonunuzu prizlə doldurmaq mümkün deyilsə, yalnız o zaman noutbukdan istifadə edə bilərsiniz.  

Noutbuk avtonom şəkildə işləyə bilən portativ bir cihazdır. Əgər onun batareyası tam doldurulubsa, o zaman onu telefonla paylaşmaq olar.

Daha çox səyahətlər, elektrik kəsilməsi zamanı bu yol sizin üçün çox əlverişli hesab oluna bilər. 

Qeyd edək ki, kompüterdən mobil cihaz gec şarj olunur.